Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Cəfər məscidi
Baxış sayı:
  • Ünvan:
    Ərdəbil, Quba, AZ4000
Avtobus

XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən Qubada tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid 4 otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalında və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscidin şərəfi günbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var. Məscid 1983–cü ildə ayinlər şurası tərəfindən bərpa olunmuş dini ocaq kimi istifadə olunur.

http://emin92.azersayt.com/blog.html?page=comments&member=emin92&newsid=280214

Son xəbərlər