Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəhidlər Xiyabanı
Baxış sayı:
  • Ünvan:
    Səməd Vurğun, Sumqayıt, AZ5004
Avtobus
Şəhidlər xiyabanı (Sumqayıt )Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən Şəhidlər xiyabanı Nəsimi adına Mədəniyyət və İstirahət parkının şərq hissəsində yerləşir. Şəhidlər xiyabanı 1988-ci ildə salınmışdır. Əvvəllər xiyabanda olan 20 Yanvar abidəsi 1990 – cı ildə , Ulduzlar abidəsi isə 1992 – ci ildə qoyulmuşdu. Bu heykəltaraşlıq nümunələrinin müəllifi Vaqif Nəzərovdur. 2014-cü ildə Şəhidlər xiyabanında abadlıq və quruculuq işləri aparılmışdır. Bu zaman materialların keyfiyyəti və məzmun baxımından günün tələblərinə cavab verməyən Ulduzlar abidəsi sökülmüş və onun yerinə Xocalı abidəsi ucaldılmışdır. Şəhidlər xiyabanın qarşısın da isə 20 Yanvar abidə kompleksi ucaldılmışdır.
Son xəbərlər