Facebook Pixel Code
GoMap XƏRITƏ
Böyük Bazar Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Koroğlu, Lənkəran, AZ4200
  • Telefon:
    (+994 50) 311-41-80
Avtobus

Ümumiyyətlə Lənkəranda tikilən məscidlərin bir çoxu XIX əsrin axırları, XX əsrin əvvəllərinə təsadüf edir. Lənkəranin mərkəz hissəsində yerləşən böyük bazar məscidi də məhz xix əsrdə inşa olunub. Bu məscidlər öz milli üslubu və tarixi memarlıq kompozisiyası baxımından digər rayonlardakı məscidlərdən xeyli dərəcədə fərqlənir. Şəhərimizin mərkəzində yerləşən möhtəşəm və gözəl tikilinin təşəbbüskarları və baniləri böyük bazarda tanınmış ziyalı şəxsiyyətlərdən olan Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, hacı Mirağa və bir də böyük bazar cammatı olub. Adı çəkilən məscidin 1929-cu ilədək altı böyük təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. Çox təəssüf ki, Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin və Hacı Ələsgərin təkyələri otuzuncu illərdə öz görkəmini itirib və dağıdılmışdır. Yalnız Hacıağa Əkbərovun təkyəsi dövrümüzün bu günə kimi qorunub saxlanılıb. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, molla Ağabala axund, molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq edib. Məscidin inşasında qiymətli meşə məmulatlarından istifadə dini mərasimləri yerinə yetirmək üçün 6 şebeh qrupun yaranmasına səbəb olub. Məscidin hörgü işləri bişmiş kərpicdəndir, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri cammatın namaz qılmasi üçün geniş zal tutur. Məlumat üçün bildirək ki, sovet hakimiyyəti dövründə böyük bazar məscidindən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunub. Ancaq bütün bunlara baxmayaraq məscid ilkin görünüşünü saxlayıb və hətta ona bəzi əlavələr də olunmuşdur.

http://taninmislar.azeriblog.com/2009/01/26/boyuk-bazar-mescidi

http://www.lankaran.az/content.php?page=dini_abide

Son xəbərlər