Facebook Pixel Code
GoMap XƏRITƏ
Alban məbədi (Dəstəfur kəndi )
Baxış sayı:
  • Ünvan:
    Dəstəfur, Daşkəsən, AZ1616
Avtobus

Dəstəfur məbədi - Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəddir. Sovet dövründə bərpa adı altında burada çalışan və yerli əhalinin qonaqpərvərliyindən istifadə edən ermənilər bu allah evinin başına min bir oyun açsalarda onu özünküləşdirə bilmədilər. Kilsələrdəki xaçlar və digər dini xarakterli əşyalar oğurlanaraq yad məmləkətlərə daşınsa da alban kilsəsini qriqoriyan kilsəsi adı altında özəlləşdirmək cəhdləri tam uğursuzluqla nəticələndi. Qısqanclıqdanmı və ya qızıl axtarmaq azarındanmı 20-ci əsrin vandalları bu möhtəşəm kilsəni partlatdılar. Tağlardan ikisi dağılsa da kilsə duruş gətirdi. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən və yüzillikkləri arxada qoyan bu memarlıq abidəsində sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarıya qülləyə yerləşdirilmiş saxta erməni yazıları,ornamentləri heç nəyi dəyişmir. Alban məbədi 700 m2 ərazini əhatə edir.

http://medgis.org/demo/ganjagazakh/7.php

Son xəbərlər