Facebook Pixel Code
GoMap XƏRITƏ
"AzərTürkBank" ASC (Naxçıvan filialı)
Baxış sayı:
Avtobus
Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti, 25.05.1995-ci ildə T.C.Ziraat Bankası A.Ş. və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlamışdır. Hazırda, nizamnamə kapitalı 12.242.908,00 AZN təşkil edən Bankın səhmdarları T.C.Ziraat Bankası A.Ş. (46,00 %), Aqrarkredit Səhmdar Kredit Təşkilatı (46,00 %), Ziraat Bank İnternational AG (4,00 %) və Turanbank ASC-dir (4,00 %). Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank lisenziyası, Banka milli və xarici valyutada (USD, EUR, TRY, RUB və s.) fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Lisenziya əsasında, Bank öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, Banklar haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirə bilər. Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyətinin Türkiyə, Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətləri vardır. Azər-Türk Bank ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, MilliKart Prosessinq Mərkəzinin, SWIFT və KÖMİS ödəniş sisteminin, habelə Western Union, XPress Money, Zolotaya Korona, Migom və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda MasterCard İnternational beynəlxalq kart təşkilatının üzvüdür.
Son xəbərlər