Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Azərbaycan sinema” kinoteatrında Fransa istehsalı olan iki film nümayiş olunacaq
20.06.2022

İyunun 21-də “Azərbaycan sinema” kinoteatrında “Fransız kino həzzi: 100 faiz klassiklər” layihəsi çərçivəsində Kris Markerin “Uçuş zolağı” və “Sibirdən məktublar” filmləri nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransa səfirliyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

1962-ci ildə Kris Markerin çəkdiyi, qısametrajlı və yeganə bədii filmi hesab edilən “Uçuş zolağı”nda üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edilir. Film fantastik janrda lentə alınıb və tamaşaçıya antiutopik hisslər yaşadır.

1957-ci ildə rejissorun lentə aldığı “Sibirdən məktublar” sənədli filmi isə Sibirin təbiətindən, orada yaşayan insanların həyatından, cəmiyyətin müasirləşməsindən bəhs edir.

Oxşar Xəbərlər

    ×