Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
BDU-nun dissertantı uğurlu elmi-tədqiqat işi aparır
12.02.2020

Gənclər üçün Prezident mükafatına layiq görülmüş Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin dissertantı və “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Sərvinaz Hacıyeva “Yeni makroheterotsiklik liqandların və müxtəlif nanohissəciklərin əsasında nanosupramolekulyar ansamblların sintezi və onların tibdə və əczaçılıqda tətbiqi” mövzusunda uğurlu elmi tədqiqat işi aparır.

BDU-dan bildirilib ki, S.Hacıyeva 2016-2018-ci illərdə universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasında magistratura pilləsində təhsil alıb. 2019-cu ildən fakültədə üzvi kimya ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirir.

Qeyd edək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya ixtisası üzrə məzunu Sabir Rüstəmov da 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Oxşar Xəbərlər

    ×