Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar təşkil olunub
06.08.2020

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) təşəbbüsü ilə “Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar keçirilib.

Emosional intellekt mövzusunda təşkil olunan vebinarda ümumtəhsil müəssisələrində psixoloq vəzifəsində çalışanlar iştirak ediblər.

Onlayn seminarda hisslər, onların idarə edilməsi üsulları və şagirdlərdə emosional zəkanı inkişafetdirmə texnikalarından bəhs olunub. İştirakçılar mövzu haqqında təəssüratlarını həmkarları ilə bölüşüblər.

Oxşar Xəbərlər

    ×