Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi açılıb
25.09.2020
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ölkə başçısının müvafiq Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi açıb. Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilib. Sərgidə ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş edilir. Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi, gənc bəstəkar Tural Məmmədliyə məxsus “Zəfər müjdəsi” marşı istifadə edilib. Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Oxşar Xəbərlər

    ×