Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan və İordaniya arasında tarixi abidələrin qorunub-saxlanılması istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb
20.11.2020

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

İdarədən bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, tarixi abidələrin qorunub-saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

İordaniyanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Petra və Amman şəhərlərinin bələdiyyələri ilə “İçərişəhər” DTMQİ-si arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı turist axınının yaradılması və turistlər üçün xüsusi turizm paketlərin təşkili qərara alınıb.

Oxşar Xəbərlər

    ×