Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq
11.02.2019

Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş iş planı əsasında işlər davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, iş planında əksini tapan tədbirlər sırasında yaradılmaqda olan “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində övladlığagötürmə sahəsində xidmətlərin təqdim olunması da yer alıb. Həmin xidmətlərin göstərilməsi üçün mərkəzlərdə sosial işçilər fəaliyyət göstərəcək.

Övladlığagötürmə ilə bağlı xidmətlərin DOST xidmətləri müstəvisində təqdim olunması bu xidmətlərin tam şəffaf və operativ təşkilinə imkan verəcək.

trend.az

Oxşar Xəbərlər