Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Qobustan rayonunun Sündü kəndində yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
07.05.2019

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. 

Oxşar Xəbərlər