Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Musiqili Teatrın yaradıcılıq fəaliyyəti ilə seçilən əməkdaşları mükafatlandırılacaq
12.06.2019

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümünün başa çatması münasibətilə iyulun 4-də teatrda mükafatlandırma mərasimi keçiriləcək.

Teatrdan bildirilib ki, kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması Musiqili Teatrda artıq ənənəyə çevrilib. Bu dəfə də “Mövsümün sevilən aktrisası”, “Mövsümün sevilən aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı tamaşası”, “Teatrın dostu” və başqa nominasiyalar üzrə qaliblər məlum olacaq, onlara xüsusi prizlər və pul mükafatları veriləcək.

Mərasimdə, həmçinin mövsümün seçilən aktyorlarına Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim ediləcək.


azertag.az

Oxşar Xəbərlər