Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Maraqlı xəbərlər
Ər-Riyadda Şərq ədəbiyyatının nadir əlyazmaları nümayiş etdirilir
02.03.2022

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açılışı olmuş sərgidə Şərq-müsəlman ədəbiyyatının nadir əlyazmaları nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, Kral Fəysal Mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilən 36 qədim əlyazma arasında eramızdan əvvəl I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış “Kəlilə və Dimnə“ əsərinin VIII əsrdə İbn Əl-Muqaffahın ərəb dilinə tərcümə etdiyi ikinci surəti, XIV əsr böyük Şərq filosofu İbn Xəldunun “Kitab əl İbar Əl Mübtəda və Əl Xabar” əsərinin, Əl İmam Malikin topladığı və iki min il yaşı olan əlyazmalar toplusu, XVI əsrdə Romada nəşr edilmiş “İncil”in ərəb dilində tərcüməsi və digər qiymətli əlyazmalar var. Ziyarətçilərin ən çox diqqətini cəlb edən isə Misirdəki Məmlük dövründə ən mahir xəttatların nəfis şəkildə işlədiyi “Qurani-Kərim” nüsxəsidir.

Sərginin təşkilatçıları bu eksponatları 187 min əlyazmanın arasından seçiblər və Kral Fəysal Tədqiqatlar və İslam Mərkəzinə təqdim ediblər.

 

Oxşar Xəbərlər

    ×