Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Mədəni gənclik” layihəsi Musiqili Teatrda
23.05.2022

Mayın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə sənət ocağı tamaşaçılar üçün “Paris Notr Dama ithaf” tamaşasını təqdim edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamovdur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir.

Məqsəd gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

Oxşar Xəbərlər

    ×