Bayraq muzeyinin inşasına 2017-ci ilin dekabr ayında başlanmış və 2018-cı ilin may ayında tikinti işləri başa çatdırılmışdır.
Ərazisi 400 kv.metr, tikinti altı sahəsi 350 kv.metrdir.
Muzey binası 2 mərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir.
Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılmışdır. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, orta əsrlərdə xanlıqların istifadə edilmiş bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycan Müstəqillik dövrünü əks etdirən Konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, Ümummilli Liderin andiçmə mərasiminə dair foto şəkillər və dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə və Bayraq Meydanının açılışı mərasimlərinə dair foto şəkillər, poçt markaları, orden və medal nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonuna səfəri zamanı Bayraq Muzeyinin açılışında iştirak etmişdir.