Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
İlanlıtəpə yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0214
Avtobus

Ağdam rayonunun Baş Qərvənd kəndində yerləşir. Buradakı maddi-mədəniyyət nümunələri eneolit dövründən başlamış dəmir dövrünədək olan müddəti əhatə edir. 1967-1968-ci illərdə İlanlıtəpədə 220 kv.m sahədə qazıntı aparılmışdır. Yaşayış yerində yastı-qabarıq və adi düzbucaqlı kərpicdən tikilmiş yaşayış evləri və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuşdur. Yaşayış binaları dördkünc və yarımdairəvidir. Təsərrüfat tikintiləri onlara birləşikdir. Dairəvi formalı iki kiçik tikintiyə də rastlanmışdır. Binaların divarları və döşəməsi gillə suvanmış, bəzi yerlərdə qırmızı boya izləri qeydə alınmışdır. Yaşayış yerində bəzi sahələr əhənglə doldurularaq parıldayanadək cilalanmışdır. Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış, onların xarici səthi açıq sarı və qırmızı rənglə anqoblanmış, cilalanmışdır. Lakin cilasız və anqobsuz qablara da tez-tez rastlanır. Küpə tipli qabların bəziləri dairəvi, oval ştrixlər və üçbucaq şəkilli basma naxışla bəzədilmişdir. Tünd qəhvəyi rəngli qablardan birinin ağzının kənarı yapma naxışla bəzədilmişdir. Azərbaycanlıların qədim yaşayış məskənləri üçün dairəvi və düzbucaqlı arxitekturaya malik binalar xarakterikdir. Dairəvi formalı arxitektura başlıca olaraq Kür çayının orta axarlarından Araz çayınadək olan ərazilər üçün xarakterikdir. Gəncə-Qazax, Мil - Qarabağ və Naxçıvanda düzbucaqlı evlərin meydana çıxması Eneolit dövrünün son mərhələsinə aid edilir. İlanlıtəpədə hər iki tip arxitekturaya rastlanır. İlanlıtəpə, Kültəpə kimi abidələrdə obsidian üstünlük təşkil etmişdir. Yaşayış yerlərindən aşkar edilmiş əmək alətlərinin tədqiqi qədim əkinçilərin İlanlıtəpə obsidian yatağından istifadə etdiyini göstərir. Düzbucaqlı evlər, sümük toxalar İlanlıtəpə üçün səciyyəvidir. İlanlıtəpədə kurqanlar aşkar edilmişdir (B.M.Cəlilov, A.S.Ələsgərov). Bu kurqanların əksəriyyəti son tunc-ilk dəmir dövrünə aiddir.

http://www.azerbaijanarcheology.com/2010/04/history-of-study-of-bronze-age-tumulus-from-azerbaija/

Son xəbərlər