Facebook Pixel Code
İrəvan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İRƏVAN (1828-ci ildən ERİVAN, 1936-cı ildən Yerevan) - 1511-ci ildən Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın sərəncamı ilə tikilmiş şəhər-qala. 1747-1828-ci illərdə. - İrəvan xanlığının paytaxtı. Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra çarın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni bölgəsi təsis edildi. Amma bölgənin təsis edilmsi, Türkmənçay müqaviləsi Fars şahı tərəfindən ratifikasiya olunmamışdan əvvəl yaradıldığı üçün, qeyri-qanuni idi. 
O vaxtdan orta əsr Azərbaycan şəhəri İrəvan, rus transkripsiyasında Erivan adını almışdır. 1828-1840-cı illərdə. şəhər erməni bölgəsinin, 1840-49-cu illərdə - Erivan uyezdinin; 1849-1917-ci illərdə - Erivan əyalətinin mərkəzi idi. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Erivanı o vaxt siyasi mərkəzi olmayan Ermənistan Respublikasına verdi. 1920-ci ildə Erivan Ermənistan SSR-in paytaxtı oldu və 1936-cı ildə Yerevan adlandırıldı. 
1828-ci ilə qədər AZƏRBAYCANLILAR MÜASİR ERMƏNİSTANIN ƏRAZİSİNDƏ TİTUL XALQI İDİ. 
İrəvan şəhəri azərbaycanlıların məskunlaşdığı üç məhəllədən - Şəhər, Təpəbaşı və Dəmirbulaq məhəllələrindən ibarət idi. 
1928-ci ildə bu məhəllələrdə ümumilikdə 7331 azərbaycanlı yaşayırdı ki, onların da xüsusi çəkisi 75,6 faiz təşkil edirdi. Ermənistan əhalisinin sayı 2369 nəfər idi. 24,4% xüsusi çəkisi ilə. İrəvan xanlığının süqutundan sonra qısa müddət ərzində şəhərə İran və Türkiyədən 1762 nəfər erməni köçkün yerləşdirildi. Nəticədə, artıq 1931-ci ildə azərbaycanlıların xüsusi çəkisi 63,9%-ə enmişdir. 1897-ci ildə köçürülən ermənilərin sayının artması ilə əlaqədar olaraq azərbaycanlıların və ermənilərin payı bərabərləşərək 43,1% təşkil edirdi. Azərbaycanlıların köçürülməsi və təqib edilməsi ona səbəb oldu ki, 1916-cı ildə onların xüsusi çəkisi 24,4% təşkil etdi. 1918-1920-ci illərdəki etnik təmizləmədən sonra isə 1926-cı il siyahıyaalınmasına əsasən, bu, 7,6%-ə enmişdir. 
Ərazini tarixi titul xalqı - azərbaycanlıların sistemli şəkildə köçürülməsi və erməni kənd əhalisinin şəhərə miqrasiyası ilə əlaqədar olaraq, buradakı azərbaycanlıların sayı 1931-ci ildə 6656 nəfərə (6,9%), 1959-cu ildə 3382 nəfərə (0,7%), 1970-ci ildə 2721 nəfərə (0,4%) enmişdir. 
1988-ci ildə bütün azərbaycanlılar öz tarixi vətənlərindən zorla qovulublar.

İrəvan (İrivan)- İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif dövrlərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, Osmanlı və Çar Rusiyasının tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cə­nubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çev­rilmişdir. İrəvan şəhəri 40°11' şimal en dairəsi və 44°31' şərq uzunluğunda Ağrı vadisinin şi- mal-şərq hissəsində, dəniz səviyyəsindən təqri­bən 850-1370 metr yüksəklikdə, Zəngi çayının sahilində yerləşir.

İrəvan şəhəri və onun ətrafındakı oykonim- lərin (yaşayış məntəqələri), qodonimlərin (küçə adları), aqoronimlərin (meydan adları), antroto- ponimlərin (şəxs adlarından törəmiş coğrafi ad­lar), hidronimlərin (çay, göl, bulaq və s.), oronim- lərin (dağ, dərə, aşırım, düzənlik və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıla­rın qədim yaşayış məskənlərindən olmuşdur. İrə­van şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi mədəniyyət nümunələri içə­risində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.

Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərin­dən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyiliyi və İrəvan xanlığı döv­rlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.

Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində "Rəvan", "İrəvan", "Ervan", "İrİvan" kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı "Erivan" (Эривань) kimi yazılmışdır.

Erməni tarixçiləri şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e.ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa ça­lışmışlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urar­tuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmuşdur. İndi ermənilərin "Arinberd" (Qanliqala) adlandırdıqları bu təpə İrəvan şəhə­rinin cənub-şərq istiqamətində yerləşir. 1879-cu ildə rus arxeoloqu A.İvanovski İrəvan ətrafındakı Çölməkçi kəndində üzərində mixi yazılar olan, Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdir. Son­radan həmin ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edilmişdi.

Qədim İrəvan yaşayış məntəqəsi ilə 1950-cİ ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebu- nu qalası arasında xeyli məsafə olmuşdur. Yal­nız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpə şəhərətrafı əraziyə daxil edilmişdir. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin bi­rinci rübündə Ağrı vadisi {Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi olmuşdur (286 a, 423).

İrəvanın Urartu çarı I Argişti tərəfindən əsası qoyulan Erebuni (İrpuni) qalası ilə eyniləşdiril­məsi ermənilər tərəfindən tarixin saxtalaşdırıl- masının bariz nümunəsidir.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə ermənilər (hay­lar) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəl­mişlər. Haylar ərəb xilafəti dövründə islam di­nini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta ta­rix əsərləri quraşdırmışlar.

Ərəb xilafətinin qoşunları ilk dəfə 642-ci ildə Cənubi Azərbaycan və Naxçıvan üzərindən indiki Ermənistan ərazisinə daxil olmuşdur. Xilafət döv­ründə Cənubi Qafqazdakı əmirliklərin idarəçiliyi, bir qayda olaraq, türklərə həvalə edilirdi. Erməni tarixçisi A.Ter-Qevondyan yazır: "Əgər Ərəb xi­lafəti dövründə Yerevan (İrəvan) şəhər kimi möv­cud olmuş olsa idi, ticarət yolu da oradan keçər­di. Lakin Ərəb xilafəti dövründən bəhs edən erməni müəllifləri qeyd edirlər ki, həmin dövrdə karvan yolu İrandan Naxçıvan-Dvin (Dəbil) üzə­rindən kiçik Asiyaya yönəlirdİ"(380 a, 63).

Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441 -ci İldə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahı­nın Kilikiyadan Valarşabad kəndindəki Üçmüəz- zin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdır.

Şəhər kimi orta əsrlərdə formalaşan bu qa­la-şəhər eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrə­van şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylər- bəyiliyi və İrəvan xanlığı dövrlərində sosial-iqti­sadi cəhətdən sürətlə inkişaf etmişdir.

Türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllə­rinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əm İr Teymurun ta­cirlərindən Xacə xan Ləhicani çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə bu­rada sakin olmuş və düyü əkini hesabına gün­dən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da yeddi ilə qalanı tikdirərək adını "Rəvan" qoy­muşdur (66, 50).

Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyi- liyini əsasən rumlu və ustaclı qızılbaş əmirləri idarə etmişlər. Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən-ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osman­lı qoşunları İrəvanı darmadağın edərək onu ələ keçirmişdir. 1580-ci İldə Osmanlı vəziri Lələ Mus­tafa paşa yenidən İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövrün­də 1582-1583-cü illərdə Fərhad paşa tərəfindən inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha əra­zini əhatə edirdi. İkiqat qala divarlarının hündür­lüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən ke­çirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qa­pısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qa­pısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzə­rində "Qırmızı körpü" adlanan körpü salınmışdı.

Avropadan və Rusiyadan gələn səyyah və təd­qiqatçılardan Jan Tavernye, Jan Şarden, Ceyms Morier, i van Şopen, Dübua da Monpere, qrafin­ya Praskovya Uvarova, Henri Linç, akademik Ni­kolay Marr, rəssam Qriqori Qaqarin və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.

İrəvan şəhərinin yaşayış massivlərinin, ta­rixi-memarlıq abidələrinin, məhəllələrinin, küçə və meydanlarının, karvansaralarının, suvarma şəbəkələrinin, bağlarının adlarının hamısının Azərbaycan türkcəsində olması bu şəhərin əzəli sakinlərinin azərbaycanlılar olmasını sübut edir.

İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (ha­zırda Kond adlanır) və Dəmirbulaq (hazırda "Karanki tağ" adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanır­dı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəh­ri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəva­nın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırır­dı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və Yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cə­nub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi.

Şəhərin qərbində yerləşən Təpəbaşı massi­vində Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Şəhə­rin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda "Karanki Tağ" adlanır) yalnız azərbay­canlılar yaşayırdılar. İrəvan qalasında isə, fransız səyyahı J.Şardenin qeyd etdiyi kimi, yalnız tə- mizqanlı səfəvilər (yəni azərbaycanlılar) yaşayır­dılar (238 a, 21).

Zəngi və Gedər çaylarının arasında forma­laşan, quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri olduqca münbit və bərəkətli tor­paqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağ­ları və bostanları İrəvan xanlarının müxtəlif dövr­lərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılır. Şəhərdəki və ətrafdakı bağ­ları suvarmaq üçün Toxmaq xanın vaxtında ya­radılan və onun adını daşıyan Toxmaq gölündən çəkilən kanallar, Zəngi çayından çəkilən Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları kifayət edirdi (359 a, 183). Şəhərin cənubundakı bağ­lar isə Gedər çayından çəkilən kanal və arxlarla suvarılırdı. XX əsrin əwəllərinədək İrəvan şəhə­ri 4 mənbədən - Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi (259 a, 269-273).

Müasir İrəvan şəhərində ermənilərə məx­sus yaşı 250 ildən artıq olan bircə dənə də ol­sun maddi mədəniyyət nümunəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əv­vəllərində Rusiyanın İrəvan xanlığını işğal etmə­sindən sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışdır.

İrəvandakı tarixi-memarlıq abidələri Şərq me­marlığı üslubunda inşa edilmişdir. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəl­man şəhəri kimi təsvir etmişlər.

Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün bu­rada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvad- ratşəkilli meydançaları, su hovuzları olan kar­vansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 7 kar­vansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərra- bi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud ol­muşdur (386, 468-469).

Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydan­da yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı (386, 87). Pənah xan Makinskinin imarətinin yer­ləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan mey­danı və yaxud Pənah xan bulvarı adlanırdı.

İrəvanda Şərq memarlıq üslubunda 10 ha­mam - Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim {sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy, Həsənəli hamamları mövcud idi (143 a, 160). Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərinin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlar­la küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çöl- məkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpə­başı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. (359 a, 356-357)

Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhə­rin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbas- dərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kən- kan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı (386,471).

Şəhərdə və onun ətrafında 45 dəyirman möv­cud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanları şəhərin ən böyük dəyir­manları olmuşdur (386,475).

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları ke­çir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəba­şı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Nov­ruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi (143 a, 158-159). Şəhərin ətrafında mövcud olan Poğos-Petros və Katoğ- ke kilsələri vaxtilə xristian missionerlərinin və­saiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.

İrəvan şəhəri 1827-ci il Rusiya işğalı ərəfəsin­də Zəngibasar, Gərnibasar (Qəmərli), Qırxbulaq və Karpibasar (Əştərək) mahalları ilə əhatə olun­muşdu.

Türkmənçay (1828) və Ədirnə (1829) sülh mü­qavilələrinin imzalanmasından sonra İrəvan azərbaycanlılarının qara günləri başlanmışdır. İrə­van və Naxçıvan xanlıqlarının işğalından sonra yaradılan yeni inzibati ərazidə - Erməni vilayə­tində 1829-1832-ci illərdə kameral siyahıyaal­ma keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlarda şəhərdə 2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567 yerli er­məni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin (1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48 nəfər), habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığı göstərilmişdir (386, 543-546).

Statistik məlumatlar göstərir ki, İrəvan şəhə­rində 1873-cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycan­lı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azər­baycanlı, 12529 nəfər erməni yaşamışdır (415, s. 164-167).

Beləliklə, XIX əsrin sonlarında Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra ermənilərin İrəvan quberniyasına axışıb gəlmələrindən və 1905-1906-cı illərdə azərbay­canlılara qarşı kütləvi qırğınlar həyata keçirilmə­sindən sonra İrəvan şəhərində ermənilər say üs­tünlüyünə nail olmuşdular.

1918-ci il mayın 28-də Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Gürcüstan, Ermə­nistan dövlətləri yarananda Azərbaycan Milli Şura­sı 29 may tarixli qərarla İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Azərbaycan Cüm­huriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəm­mədhəsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik" (225, s. 6).

Ermənistan Respublikası yarananadək ötən müddət ərzində İrəvan quberniyasının ərazisin­də yalnız bir neçə azərbaycanlı yaşayış məntəqə­sinin adları dəyişdirilmişdir. Şəhər Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 iyun 1936-cı il tarixli qərarı ilə "Yerevan" adlandırılmışdır.

İrəvanda 1922-ci ildə 5124 nəfər azərbaycan­lı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni (415, s. 164-167), 1970-ci ildə 2721 nəfər azər­baycanlı, 738045 nəfər erməni yaşamışdır.

1947-cİ il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Er­mənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda göstərilirdi ki, 1948- 1950-ci illərdə könüllülük prinsipi əsasında Er­mənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. "Digər azərbay­canlı əhali" kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya adı altında Er­mənistanın şəhərlərində, o cümlədən də İrəvan şəhərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulur. Ona görə də, ilk növbədə, İrəvan şəhərindən və onun ətrafındakı rayonlardan azərbaycanlı əhali­nin deportasiya edilməsinə başlanılmışdı.

İrəvan şəhərində azərbaycanlı ali məktəb və texnikum müəllimlərinin öz ailələri ilə birlik­də şəhəri tərk etmək məcburiyyətində qalması ümumtəhsil prosesində ciddi problemlər ya­ratmışdı. Bir çox azərbaycanlı ailələri öz övlad­larına normal təhsil vermək üçün Azərbaycanın ayrı-ayrı rayonlarına köçmək məcburiyyətində qalmışdı. Ümumiyyətlə, 1948-1953-cü illərdə İrəvan şəhərindən 541 ailə (2294 nəfər) Azərbay­cana deportasiya edilmişdi.

Şəhərin adı "Ruan" (265, s. 6), 1590-cı ildə tər­tib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftərin­də "Rəvan", "İrəvan" (143, s. 159), XVII əsrə aid mənbədə "Rəvan" (86, s. 50), XIX əsr rus və er­məni müəlliflərinin əsərlərində (386, s. 260-261; 423, s. 662) "Ayravan", "Aravan", "Ervan", "Erre- vant", "Rəvant", "İrvan" (Erməni Sovet Ensiklope­diyası, III c., 1977, s. 550), Avropa mənbələrində "Irivan" (152, s. 21) formalarında qeyd edilmişdir.

Tədqiqatçılar "İrəvan" toponiminin müxtə­lif cür izahını vermişlər və bu barədə yekdil fikir yoxdur. XIX əsr rus arxeoloqu M.V.Nikolski İrəvan/ Erivan toponiminin "eri" tayfa adı əsasında yaran­dığını göstərir və qeyd edir ki, burada eri tayfası yaşadığı üçün yaşayış məntəqəsi Erivan adlan­mışdır (426, s. 30). B.Budaqov və Q.Qeybullayevin fikrincə, İrəvan toponimi türk dillərində "dağın gün düşən tərəfi", "dalğavari dağ zirvəsi" məna­sında işlənən "ir" sözü ilə fars dilində "yer" mə­nasında işlənən "van" sözündən əmələ gəlmişdir (62, s. 270). "İrəvan" toponiminin "İrəvan, Erivan, Arevan, Ervan, İrvan, Errevant, İrivan" fonetik vari­antlarına nəzər salanda aydın olur ki, onların ha­mısının kökü "ar", "er", "ir" hissəciyindən ibarətdir. Türk dillərində "ar", "er", "ir", "kişi", "igid" məna­sında işlənir (359,1 (2), s. 1456; 235, s. 43,45).

Urartu dilində "ölkə" mənasında işlənən "eba- ni" sözü vardır (332, s. 13). Hr. Kapansyanın fikrin­cə, "kənd, şəhər" mənasında işlənən "avan" (av- van/avan) urartu dilində "ölkə, yer" mənasında işlənən "abani/ebani" sözündən əmələ gəlmişdir (426, s. 30-31) və "avan" sözü fars dilinə mənsub deyildir (318, s. 89). Belə qənaət hasil olur ki, İrə­van toponiminin ikinci komponenti "əvan" urar­tu dilində "ölkə", "yer", "kənd", "şəhər" mənasın­da işlənən "abani/ebani" sözünün bir variantıdır. Daha doğrusu "abani" sözündəki "b" səsi "v" səsi ilə əvəzlənərək "abani" sözü "avan", "əvan" formasına çevrilmişdir. Deməli, İrəvan toponimi türk dilində "kişi", "igid" mənasında işlənən "ir" sözü ilə "ölkə", "yer", "kənd", "şəhər" mənasında işlənən "ebani" (avan) sözü əsasında əmələ gə­lib, "igidlər ölkəsi" mənasını ifadə edir.

1988-ci ilin dekabr ayından azərbaycanlılar İrəvandan tamamilə deportasiya olunmuşlar.

Sovet hakimiyyəti illərində rayonlaşma böl­güsünə əsasən, İrəvan şəhərini Zəngibasar (Ma­sis), Qəmərli (Artaşad), Eçmiədzin, Əştərək (Aş­tarak), Ellər (Abovyan) və Nairi rayonlarını əhatə edirdi. 1995-ci ildə Ermənistanda yeni inzibati- ərazi bölgüsü tətbiq edilmişdir. Bu dəfə İrəvan şəhərinin daxil olduğu İrəvan vilayətini (marzını) Ararat, Kotayk, Armavir və Araqatsotn vilayətləri əhatə edirdi (416, 74-75).

Coğrafi koordinatları: 40°10' şm. e., 44°30' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow