Sentyabrın 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bilik Günü münasibətilə məktəblilər üçün virtual sərgi təşkil edib.
Virtual sərginin yaradılmasında əsas məqsəd oxucuları zəngin uşaq ədəbiyyatı fondu ilə tanış etməkdir.
Sərgi uşaqların yaş qruplarına uyğun olaraq kitabxananın nağıl otağı, kiçik və böyük oxu zallarında sərgilənib.
Tədbirdə kitabxananın əməkdaşları uşaqları sərgidə yer alan Azərbaycan və dünya ədəbiyyatına dair biri-birindən maraqlı və rəngarəng kitablarla ümumi tanış ediblər.
Təqdim olunan videoçarxda uşaq yazarları oxuculara yeni dərs ili münasibəti ilə təbriklərini çatdırıb.
Qeyd edək ki, kitabxana pandemiya şəraiti ilə əlaqədar olaraq, oxuculara onlayn xidmət göstərir.