Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020
Mədəniyyət və Müdafiə nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb. Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədilə təşkil olunub. Hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Müdafiə Nazirliyinin arxivinə məxsus artilleriya silahlarından, döyüş sursatından, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən, rəssam Zaur Kantemirov və bu qalereyanın əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarətdir. Onlayn plakat sərgisi hər zaman sülhün tərəfdarı olan Azərbaycanın əzəli və tarixi ərazilərini, o cümlədən Dağlıq Qarabağı siyasi, diplomatik vasitə ilə, lazım gəldikdə isə hərbi yolla da qorumağa hazır olduğunu bir daha nümayiş etdirir. Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə izləmək mümkündür.
Oxşar Xəbərlər

    ×