Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiKənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Tarix boyu bu orqan müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Kənd Təsərrüfatı Nazirliyi məhz bu ad altında 1947- ci ildə yaradılmışdır. 1986-ci ildə adı dəyişdirilmiş və Dövlət Aqrar - Sənaye Komitəsi kimi fəaliyyət göstərməyə başlamışdır.1992-ci ildə Müstəqil Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb və bu ad altında fəaliyyəti 1993- cü ilədək davam edmişdir. 1993- cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi adı ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında " 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilmişdir. Hal – Hazırda Respeblikanın Kənd Təsərrüfatı Naziri Heydər Əsədovdur.