Facebook Pixel Code
GoMap XƏRITƏ
Barkod nömrələri

Barkod - müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə təqdim edən qara və ağ zolaqların ardıcıllığıdır. Kodun ehtiva etdiyi informasiya oxunacaq şəkildə kodun altında çap edilə bilər (dekodlaşdırma). Barkod nömrələri ticarətdə, anbar uçotunda, kitabxana işində, mühafizə sistemlərində, poçt işində, quraşdırma istehsalatında, sənədlərin işlənməsində istifadə olunur. Ticarət sahəsində dünya təcrübəsində əmtəələrin markalanması üçün EAN simvolikasının barkodlarından istifadə edilməsi qəbul olunmuşdur. Əmtəə istehsalçısı qəbul edilmiş qaydalara uyğun olaraq əmtəənin üzərinə istehsalçının yerləşdiyi ölkə haqqında məlumatlardan və istehsalçının kodundan istifadə etməklə formalaşdırılan barkodu vurur. İstehsalçının kodu “EAN International” beynəlxalq təşkilatının regional bölməsi tərəfindən verilir. Bu cür qeydiyyat qaydası eyni koda malik iki müxtəlif əmtəənin yaranma ehtimalını istisna etməyə imkan verir.

İnformasiyanın kodlaşdırılmasının müxtəlif üsulları var (barkod kodlaşdırması və ya simvolikası). Barkodlar xətti və iki ölçülü simvolikaya ayrılır.

İki ölçülü barkodlardan fərqli olaraq, bir istiqamətdə (üfüqi xətt üzrə) oxunan barkodlar xətti (adi) adlanır. Ən geniş yayılmış xətti simvolikalar: EAN, UPC, Code39, Code128, Codabar, Interleaved 2 of 5. Xətti simvolikalar informasiyanın kiçik həcmini (adətən rəqəmlər şəklində 20-30 simvoladək) ucuz skanerlərlə oxunan, qəliz olmayan barkodlar vasitəsilə kodlaşdırmağa imkan verir. EAN-13 kodunun nümunəsi:

Böyük həcmli informasiyanın kodlaşdırılması (mətnin bir neçə səhifəsinədək) üçün hazırlanmış simvolikalar iki ölçülü adlanır. İki ölçülü kod, iki ölçülü kodlar üçün nəzərdə tutulan xüsusi skaner vasitəsilə oxunur və böyük həcmli informasiyanı tez və səhvsiz daxil etməyə imkan verir. Belə kodun dekodlaşdırılması iki ölçüdə keçirilir (üfüqi və şaquli xətt üzrə). Datamatrix, Data Glyph, Aztec.

Barkodu qablaşdırma istehsalı zamanı vurmaq olar (mətbəə üsulu ilə), yaxud da xüsusi printerlər vasitəsilə çap olunan özüyapışan etiketlərdən istifadə etmək olar.

Barkodların oxunması üçün barkod skaneri adlanan xüsusi cihazlardan istifadə olunur. Skaner öz işıqlandırıcısı ilə barkodu işıqlandırır və əldə olunan təsviri oxuyur. Bundan sonra, o, təsvir üzərində qara zolaqların mövcudluğunu müəyyən edir. Skanerdə daxili dekoder yoxdursa (barkodun dekodlaşdırma bloku), skaner qəbuledici qurğuya qara və ağ zolaqların eninə müfaviq olan bir sıra ardıcıl siqnal göndərir. Barkodun dekodlaşdırılması qəbuledici qurğu və ya xarici dekoder ilə yerinə yetirilməlidir. Skaner daxili dekoder ilə təchiz olunubsa, bu dekoder barkodu dekodlaşdırır və informasiyanı skanerin modemi ilə müəyyənləşdirilən interfeys siqnallarına uyğun olaraq qəbuledici qurğuya (kompüter kassa aparatı və s.) ötürür.

Barkodun dekodlaşdırılması. Barkod vasitəsilə məhsulun bəzi mühüm parametrləri haqqında informasiya kodlaşdırılır. Daha geniş yayılmış formatlar: Amerikan Universal əmtəə kodu UPC və Avropa kodlaşdırılma sistemi EAN. Daha geniş yayılmış EAN/UCC kodları: EAN-13, EAN-8, UPC-A, UPC-E əmtəə nömrələri və 14-rəqəmli ITF-14 nəqliyyat qablaşdırması kodu. Həmçinin 128-rəqəmli UCC/EAN-128 sistemi də mövcuddur. Hər növ məmulata bu və ya digər sistemə uyğun olaraq, əksər hallarda 13 rəqəmdən ibarət olan nömrə (EAN-13) verilir.

Məsələn, bu rəqəmli kodu nəzərdən keçirək: 4820024700016. İlk iki rəqəm (482) məhsulun (istehsalçı və ya satıcının) mənşə ölkəsini, ölkə kodunun uzunluğundan asılı olaraq növbəti 4 və ya 5 rəqəm (0024) - istehsalçı müəssisəni, sonrakı 5 rəqəm (70001) - əmtəənin adını, onun istehlak xassələrini, ölçülərini, kütləsini, rəngini ifadə edir. Sonuncu rəqəm (6) skanerlə zolaqların düzgün oxunmasını yoxlayan nəzarət rəqəmidir. EAN - 13:

1 - Ölkə kodu.
2 - İstehsalçının kodu.
3 - Əmtəə kodu.
4 - Nəzarət rəqəmi.
5 - Lisenziyaya əsasən hazırlanmış əmtəənin nişanı.

Əmtəənin həqiqiliyini müəyyənləşdirmək üçün nəzarət rəqəminin hesablanması nümunəsi

1. Cüt yerlərdə yerləşən rəqəmləri toplayın: 8+0+2+7+0+1=18

2. Əldə olunan nəticəni 3-ə vurun: 18x3=54

3. Nəzarət rəqəmi istisna olmaqla, tək yerlərdə yerləşən rəqəmləri toplayın: 4+2+0+4+0+0=10

4. 2 və 3-cü bəndlərdə göstərilən nəticələri toplayın: 54+10=64

5. Onluq ədədi kənara atın: nəticə 4

6. 10-dan 5-ci bənddə göstərilən nəticəni çıxın: 10-4=6

Hesabladıqdan sonra yekunda əldə olunan rəqəm barkodun nəzarət rəqəminə uyğun deyilsə, bu o deməkdir ki, əmtəə qanunsuz yolla istehsal edilib.

İstehsalçı ölkənin kodu üçün iki və ya üç işarə, müəssisənin kodu üçün isə dörd və ya beş işarə ayrılır. Böyük ölçülü əmtəələr səkkiz rəqəmdən ibarət qısa koda (EAN-8) malik ola bilər.

Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir. İstehlakçıların diqqətinə çatdırırıq ki, ölkə kodu heç bir halda bir rəqəmdən ibarət olmur. Bəzən etiketin üzərinə vurulan kod, qablaşdırmanın üzərində göstərilən istehsalçı ölkəyə uyğun olmur, bunun bir neçə səbəbi ola bilər. Birinci: firma öz ölkəsində deyil, məhsulunun əsas hissəsini ixrac etdiyi ölkədə qeydiyyata aılınıb və kod alıb. İkinci: əmtəə törəmə müəssisədə hazırlanıb. Üçüncü: ola bilsin ki, əmtəə bir ölkədə, lakin digər ölkədən olan firmanın lisenziyasına əsasən hazırlanıb. Dördüncü: müəssisənin təsisçiləri müxtəlif ölkələrdən olan bir neçə firmadır.

"EAN" sistemində ölkə barkodlarının uyğunluq cədvəli.

000-139 ABŞ
200-299 Daxili nömrələmə
300-379 Fransa
380 Bolqarıstan
383 Sloveniya
385 Xorvatiya
387 Bosniya və Herseqovina
400-440 Almaniya
450-459, 490-499 Yaponiya
460-469 Rusiya
470 Qırğızıstan
471 Tayvan
474 Estoniya
475 Latviya
476 Azərbaycan
477 Litva
478 Özbəkistan
479 Şri Lanka
480 Filippin
481 Belarus
482 Ukrayna
484 Moldova
485 Ermənistan
486 Gürcüstan
487 Qazaxıstan
489 Hong Kong
500-509 Böyük Britaniya
518 Fil dişi Sahili
520 Yunanıstan
528 Livan
529 Kipr
530 Albaniya
531 Makedoniya
535 Malta
539 İrlandiya
540-549 Belçika, Lüksemburq
560 Portuqaliya
569 İslandiya
570-579 Danimarka
590 Polşa
594 Rumıniya
599 Macarıstan
600-601 Cənubi Afrika
603 Qana
608 Bəhreyn
609 Mavriki
611 Mərakeş
613 Əlcəzair
616 Kenya
619 Tunis
621 Suriya
622 Misir
624 Liviya
625 İordaniya
626 İran
627 Küveyt
628 Səudiyyə Ərəbistanı
629 B.Ə.Ə.
640-649 Finlandiya
690-695 Çin
700-709 Norveç
729 İsrail
730-739 İsveç
740 Qvatemala
741 Salvador
742 Honduras
743 Nikaraqua
744 Kosta Rika
745 Panama
746 Dominik Respublikası
750 Meksika
754 - 755 Kanada
759 Venesuela
760-769 İsveçrə
770 Kolumbiya
773 Uruqvay
775 Peru
777 Boliviya
779 Argentina
780 Çili
784 Paraqvay
786 Ekvador
789-790 Braziliya
800-839 İtaliya
840-849 İspaniya
850 Kuba
858 Slovakiya
859 Çexiya
860 Serbiya və Monteneqro
865 Monqolustan
867 Şimali Koreya
869 Türkiyə
870-879 Niderland
880 Cənubi Koreya
884 Kamboca
885 Tayland
888 Sinqapur
890 Hindistan
893 Vyetnam
899 İndoneziya
900-919 Avstriya
930-939 Avstraliya
940-949 Yeni Zelandiya
950 Baş ofis
955 Malayziya
958 Makao
978-979 Kitablar (ISBN)
980 Qaytarılacaq daxilolmalar
981-982 Valyuta kuponları
990-999 Kuponlar