Facebook Pixel Code
GoMap XƏRITƏ
Bakı Şəhər İcra Hakimiyyəti
Baxış sayı:
  • Ünvan:
    İstiqlaliyyət, Bakı, Səbail, AZ1001
  • Telefon:
    (+994 12) 492-61-51 (ümumi şöbə), (+994 12) 492-53-33, (+994 12) 492-66-33, (+994 12) 492-23-61 (kadrlar şöbəsi), (+994 12) 492-63-11 (qaynar xətt), (+994 12) 492-79-95, (+994 12) 492-61-55
  • Web səhifə:
  • E-poçt:
Avtobus

Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4 saylı ünvandakı binada yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın tikintisinə 1900-cu ildə başlanmış və 1904-cü ildə başa çatmışdır. Binanın milliyətcə polyak olan memarı İ.Qoslavski (1865-ci ildə Varşavada anadan olmuş, 1904-cü ildə 39 yaşında vəfat etmişdir. 1892-ci ildən Bakının baş memarı olmuşdur) əsasən barokko motivlərindən və klassik kompozisiya üsullarından geniş istifadə etmişdir. Bu, memarın son yaradıcılıq əsəri olmuşdur. Binanın fasadının bəzəyi üçün İtaliyadan məxsusi olaraq gətirilmiş qırmızı dekorativ kərpicdən və rəngli mərmərdən istifadə olunub.

Fasadın mərkəzini Bakının Daş üzərində həkk olunmuş gerbi bəzəyir. Gerbin ortasında Azərbaycanın odlar diyarı olduğunu təsdiqləyən simvolika - dəniz dalğalarının üstündə üç ədəd qızılı rəngdə məşəl yerləşdirilmişdir.

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur: Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş. Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991. Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci il.

 

Son xəbərlər