Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər Əliyev Fondu
Baxış sayı:
Avtobus

FONDUN STRUKTURUHeydər Əliyev Fondu qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsullarını birləşdirir. Fondun icraçı orqanı Prezidentdir. Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların həyata keçirilməsi üzrə ümumi rəhbərlik, fondun fəaliyyətinin məqsədli prioritetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə müəyyən olunmuş digər məsələləri həll edir. Fondun işinə bilavasitə rəhbərlik etmək üçün İcraçı direktor vəzifəsi təsdiq olunmuşdur ki, o da Prezident tərəfindən onun vəzifələri sırasına daxil edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İcraçı direktor Fondun proqram və tədbirlərinə cari nəzarəti həyata keçirir. O, həmçinin onun səlahiyyətləri sırasına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir. Fondun nəzdində Ekspert Şurası fəaliyyət göstərir ki, onun da əsas məqsədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etməkdən ibarətdir. Ekspert Şurası müxtəlif ixtisaslı ekspertlərdən ibarətdir. Ekspertlərin vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb Prezidentə təqdim etməkdən ibarətdir. Şura konsultativ strukturdur. Konkret ixtisaslaşdırılmış funksiyaların və tapşırıqların yerinə yetirilməsi üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır: NümayəndəliklərHüquq şöbəsiMühasibatlıq şöbəsiHumanitar proqramlar departamenti Mədəniyyət və turizm şöbəsi Sosial siyasət şöbəsi Təhsil, gənclər və idman şöbəsi Beynəlxalq əlaqələr departamenti Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi Xarici ölkələr ilə əlaqələr şöbəsi İctimaiyyətlə əlaqələr departamenti Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsi KİV ilə əlaqələr şöbəsi İşlər Departamenti İnsan resursları şöbəsi Ümumi şöbə Təsərrüfat şöbəsi Protokol şöbəsi Analitik-informasiya şöbəsi Təbliğat və tədqiqat şöbəsi Mühafizə şöbəsi

FONDUN MƏQSƏDLƏRİ-görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək; -Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümumilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək; -elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; -respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək; - yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək; -insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək; -Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək; -uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək; -Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək; - Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; - respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək ; - elmi tədqiqatların aparılmasına yardım göstərmək; - xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək; - uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək; - səhiyyə və tibbi təsisatları inkişaf etdirmək; - ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək; -Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək; - uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək; - dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.

FONDUN YARADILMA SƏBƏBLƏRİ - Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi; - Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti; - Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti; - Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi.

Son xəbərlər