"Pressinform" mətbuat yayımı məhdud məsuliyyətli cəmiyyət 2006-ci ildən etibarən dövri mətbuatın abunəsi xidmətlərini göstərir. Bu müddət ərzində şirkətimiz xidmət keyfiyyətini artırmaqla müştərilərə ucuz qiymətlərin təqdim edilməsi imkanına nail olmuşdur. Tərəfimizdən Respublikada dərc olunan dövri mətbuat ilə yanaşı istənilən xarici dövlətin qəzet və jurnallarının abunəsi, eləcə də kitabların təmin edilməsi həyata keçirilir. Abunəçilərimiz sırasında dövlət, elm və təhsil müəssisələri əksəriyyət təşkil edir. "Pressinform" mətbuat yayımı abunə olunmuş nəşrlərin ölkəmizin istənilən nöqtəsinə çatdırılması imkanlarına malikdir.