“Mədəniyyət.AZ” jurnalı 1967-ci ildən çıxan elmi-metodiki, publisistik “Mədəni-maarif işi” jurnalının bazasında yaradılmışdır. 2012-ci ilin yanvar ayından “Mədəni həyat”, 2015-ci ilin mart ayından “Mədəniyyət.AZ” adı ilə işıq üzü görür.
Jurnal Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı və İSSN 2413-2365 nömrəsi ilə Sənətşünaslıq, Memarlıq, Kulturologiya və Pedaqogika üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.
“CBS” mətbəəsində çap olunur.
Tirajı 1000 nüsxədir.