Facebook Pixel Code
GoMap XƏRITƏ
Respublika Xatirə Kitabi Redaksiyası
Baxış sayı:
Avtobus

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə II Dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya.

Əvvəllər Milli Elmlər Akademiyasının nəzdində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  tabeliyindədir. Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır.

1997-ci ildən kitab nəşr prosesinə başlamışdır.

Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib.

Dvlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.

Xatirə Kitabının ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.

Son xəbərlər