Facebook Pixel Code
GoMap XƏRITƏ
Üzərliktəpə yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0232
Avtobus

Мil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş qədim yaşayış yeridir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 m2 sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir. Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən «tökməçi evi» kimi xarkterizə edilmişdir. Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır. Üzərliktəpənin qara cilalı basma naxışlı keramikası Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Çiy kərpicdən hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun giriş qapılarından biri konturforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və ağac örtüklü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur. Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır. Evlərin dağılması və mədəni təbəqənin yığılması nəticəsində müdafiə divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir. İkinci və üçüncü təbəqənin keramikası K.X.Kuşnaryeva tərəfindən vahid kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha mükəmməl ornamentlə əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli keramikasından tamamilə fərqlənən boyalı qablar meydana çıxır. K.X.Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında yaranan tərəqqi ilə bağlayır. Fikrimizcə, bu heç də doğru deyildir. Üzərliktəpənin qara cilalı keramikasından fərqlənən monoxrom boyalı qablar, fikrimizcə, başqa bir mədəniyyətin təsirini əks etdirir. Hazırda isə söyləmək olar ki, bu mədəniyyət Naxçıvan-Urmiya hövzəsi boyalı qablarının şimala doğru irəliləməsinin sübutu olaraq qəbul edilə bilər. Üzərliktəpənin gil məmulatı içərisində boyalı qabların olduqca az (2%) olması bunu bir daha təsdiq edir.

Son xəbərlər