Facebook Pixel Code
GoMap XƏRITƏ
Kirna yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7223
Avtobus

Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir. Kırna abidəsinin qərb fasadındakı stalaktit qurğusu da bu abidənin zəmanəmizə qədər ancaq bir hissəsinin qaldığı kompleks tikintinin yalnız bir hissəsi olduğuna dəlalət edir. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin müəyyənləşdirilməsi çətinlik törədir. Lakin yuxarıda dediklərimizi nəzərə alaraq türbənin yaranma tarixini XIII əsrə aid etmək olar.

Son xəbərlər