“Mun Layt Biç” (Moon Light Beach)“Mun Layt Biç” çimərliyi Mərdəkanın əhaliyə xidmət göstərən çimərliklərindən biridir. Küləşdən hazırlanmış talvar, taxta çardaq çimərliyi digərlərindən fərqləndirən xüsusiyyətidir. Çimərlik kifayət qədər təmizdir və böyük küləş talvar altında həmişə kölgəlik guşə tapacaqsınız. Burada həmçinin sərinləşdirici içki içmək olar.