Avey dağının şimal-qərb hissəsində Daş Salahlı kəndində yerləşən qədim mağara diqqəti cəlb edir. Ahəng qayaların altında mağaradan süzülən Damcılı bulağı axır. Mağaranın ərazisi 360 kv metr təşkil edir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid 8000-dən artıq əşya tapılmışdır. Bunlardan ən qədimi orta və üst paleolit dövrlərinə, ən yenisi isə tunc dövrünə və orta əsrlərə aid edilir. Avey mağarası Avey Dövlət Qoruğu (ərazisi 3613 ha) çərçivəsində mühafizə olunur.
http://fed.home.pl/azer/index.php/az/qazax/turistik-goermli-yerlr