Facebook Pixel Code
GoMap XƏRITƏ
Damcılı mağara düşərgəsi (Mustye dövrü)
Baxış sayı:
  • Ünvan:
    Qazax, AZ3518
Avtobus

Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir.

Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir.

Üç il ərzində aparılan arxeoloji qazıntılar zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları aşkar edilmişdir.

Mağaradan tapılan bu daş alətlər öz forma və hazırlanma texnikasına görə orta paleolitə - Mustye dövrünə (Mustye - 70 min il öncə yaranmış və təxminən 35 min il əvvəl sona çatmış arxeoloji mədəniyyətdir) - yuxarı paleolitə və neolitə aiddir. Bu da öz növbəsində həmin obyektdə bir neçə minillik ərzində davamlı yaşayış məskəninin olduğunu göstərir.

Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar (nukleus-nüvə mənasını verərək, daş alətin hazırlanması prosesində xam daşdan hissələrin döyəclənməsi yolu ilə əmələ gələn formaya deyilir) və alət üçün qoparılmış materiallardan ibarətdir.

İti uclu alətlər. Bunlar çaxmaq və bazalt daşlarından olub üçbucaq şəklindədirlər. Formalarına görə uzunsov və gödəkləşdirilmiş görkəmdədirlər. Bəziləri diskşəkillidir. Onların əsasən ovçuluqda işlədilməsi güman edilir.

Qaşovlar. Bazalt daşından olub bir qismi dairəvi şəkildədir. Onların əsasən gön təmizləmək üçün işlədilməsi güman edilir.

Qəlpələr. Bunlar əsasən alət düzəltmək üçün qoparılmış müxtəlif ölçülü daşlardır.

Nukleuslar. Disk şəklindədirlər. Bu tapıntılar təxminən 100 - 80 min il öncə neandertal tipli ibtidai insanların Damcılı mağarasında məskən salmalarından xəbər verir.

Damcılıdan tapılmış digər bir qrup alət yuxarı paleolitə aiddir. Bunlar uclu və dairəvi qaşovlar, kəsərlər, bizlər və s. kimi daş alətlərdir. Bu qrup Mustye alətlərindən fərqli olaraq yeni texnika üsulu ilə işlənmiş və prizmatik nukleuslardan qoparılmış qalın lövhələrlə təmsil olunmuşdur.

Uclu qaşovlar. Çaxmaqdaşından olan uzunsov qalın qəlpələrdən hazırlanmışdır.

Kəsərlər dəvəgözü lövhələrindən hazırlanmışdır. Kəsərlərin yanları əl ilə tutmaq üçün kütləşdirilmişdir.

Bizlər. Əsasən çaxmaq və dəvəgözü daşındandırlar. Qəlpələrin iki yanı bir ucuna doğru kütləşdirilərək olduqca nazikləşdirilmişdir.

Damcılı mağarasından eyni zamanda yuxarı paleolitin axırlarına və neolitin əvvələrinə aid mikrolitik alətlər də (çox kiçik daş alətlərdir, onların bir, bəzən də hər iki yan tərəfi çox itiləşdirilrniş olur) aşkar edilmişdir.

Mikrolitik alətlər yarmaq və dinmək üçün işlədilə bilərdi.

Nukleuslar Karandaş formada olub bir neçə guşəyə malikdirlər. Onların bir ucu enli, digərisi isə nazikdir.

Gəzli qaşovlar çox xırda qəlpələrdən hazırlanmışdır. Onların bir tərəfində olan balaca gəz sümüklərin ucunu sıyırıb nazikləşdirmək üçün işlədilirdi.

Bundan başqa Damcılı mağarasından ox ucları da tapılmışdır.

Ox ucları çox xırda mikrolit lövhələrindən düzəldilmişdir. Onlar yarpaq formasında olub, hər iki üzü işlədilmişdir. Bir ucunda ağac sancmaq üçün saplağı vardır.

Ümumiyyətlə qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı tapılmışdır. Onlardan 600-ə qədəri müxtəlif təyinatlı alətlərdir. Bu alətlərin təyinat çeşidliyi və müxtəlif dövrlərə aid olması Damcılı mağarasında həyat və insan fəaliyyətinin arası kəsilmədən uzun müddət mövcud olmasını əyani şəkildə sübut edir. Burada yaşayan insanlar minilliklərlə öz bacarıq və ustalıqlarını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilmişdilər. Məhz Damcılıdan aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini ardıcıl olaraq izləmək mümkündür.

Damcılı mağarasının önəmli məqamlarından biri də Damcılı bulağıdır. Bu bulağın suyu mağaranın çaxmaqdaşlaşmış tavanından, dar qaya çatlarının arasından süzülür. Tavandan qopub yağış tək yagan şəffaf damlaların səsi sehrli pıçıltıya bənzəyir. Bu bulaq indinin özündə də yerli camaatın və Qazaxa təşrif buyuran qonaqların istirahət yeridir. Dahi Azərbaycan şairi Səməd Vurğunun dediyi kimi: "Damcılı bulağı dünyanın 8-ci, Azərbaycanın isə 1-ci möcüzəsidir".

Ümumiyyətlə, Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Bu ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid edilən qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları və s. qeydə alınmış, şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 m diametrli sıxıcı daş çarx tapılmışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Soveti 1989 il 22 fevral tarixli 99 saylı qərarı ilə Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin ərazilərini "Avey dövlət tarix-mədəniyyət qoruğu" elan etmişdir.

Qoruğun müxtəlif tarixi mərhələlərə aid olan və müxtəlif çeşidli abidələrinin sırasında Damcılı mağara düşərgəsi müstəsna yer tutmaqdadır.

Son xəbərlər