Facebook Pixel Code
GoMap XƏRITƏ
"Ağ günbəz" türbəsi
Baxış sayı:
  • Ünvan:
    Dəllər kənd yolu, Ağsu, AZ0620
Avtobus

Ağsu rayonunun Qaraqoyunlu kəndinin şimalında, Nazırçayın sol sahilində Ağ günbəz tarixi memarlıq abidəsi yerləşir. Ağ günbəzin divarları əl üsulu ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidənin fasad hissəsində tinlər var. Karniz çıxıntılar qədim Şərq üslubunda daş üzərində oyma naxışlarla bəzədilmişdir. Ağ günbəzin tikintisində Abşeron memarlıq məktəbinin və qərb üslubunun izləri də aydın seçilir. Tarix elmləri doktoru Məşədixanım Nemət Ağ günbəz abidəsinin dörd kitabəsini oxumuşdur. Bu daş kitabələrdən aydın olur ki, Ağ günbəz Əl-hac Hüseyn Əfəndinin qəbri üzərində tikilmişdir. O, hicri 1327-ci ildə (1909) vəfat etmişdir. Əl-hac Hüseyn Əfəndi Şirvanda "nəqşibəndiyyə cəmiyyətinin şeyxi" olmuş, "yüksək alimlərin qütbü" ləqəbi daşımışdır. Abidənin baş tağında iri nəsx xəttilə yazılmış daş kitabədə (0,70 x 0,59 m) deyilir: "Yüksək məqbərə Əl-hac Hüseyn Əfəndi Şirvaninindir. Ya sütunsuz səmaları qaldıran! F-Ş-k-e ilində" 1325 (1907-1908)" (Ərəb əlifbasının ğayn; Şin; kaf; he hərfləri əbcəd hesabıyla 1325-ci ilə uyğundur- M.N.). İçəridəki ikisətirlik kitabədə: "Nəqşibəndiyyə təriqətinin Şeyxi, arif, ali (Şəxslərin.) qütbü, Əl-hac Hüseyn Əfəndi ġirvaninin yüksək türbəsinin təmir olunmasına min üç yüz iyirmi yeddinci ildə (1909) əmr edilmişdir".Binanın daxilində daha iki kiçik kitabə var: Birinci kitabədə ərəbcə -"ey bağışlayan" vəfat tarixi 1297 (1879-80) il: ikinci kitabədə isə "Bakılı Xələfin işidir" 1327 (1909) sözləri yazılmışdır. Ağ günbəzin içində üç qəbir var. Qəbirlərdən biri Hacı Hüseyn Əfəndi Şirvaniyə, digər ikisi isə oğlanlarına - Hacı Mustafa Şah və Nizaməddin Əfəndiyə məxsusdur. Bu Şəxslər məşhur nəqşibəndiyyə Şeyxləridir. Bu nəslin nümayəndələri Ağ günbəzin ətrafında dəfn edilirlər. Göründüyü kimi Ağ günbəzdə dəfn olunmuş Şeyxlər Şirvanın adlı-sanlı nəsillərindən olmuşdur.

http://history.az/pdf.php?item_id=20100913014555256&ext=pdf

Son xəbərlər