Facebook Pixel Code
GoMap XƏRITƏ
Nizami Gəncəvinin məqbərəsi
Baxış sayı:
  • Ünvan:
    M-2 Gəncə, Gəncə, AZ2000
Avtobus

Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdi. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir. XII-XIII əsrlərdə Arran memarlıq məktəbində də monumental xatirə tikililərinin əsas tipini qülləvari türbələr təşkil edirdi. Arxeoloji qazıntılar zamanı Nizami Gəncəvinin qəbrinin üstündə Arran memarlığı üçün səciyyəvi olmuş çoxrəngli bayır üzlüyü olan sərdabəli qülləvari türbənin ucaldığı müəyyən olunmuşdur. Seyyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət etmişdi. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib. Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib. 1947-ci ildə şairin məzarı üstündə məqbərə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir. Nizami Gəncəvi məqbərəsi kompleksinə qoruq statusu verilib. Kompleks artıq nazirliyin mədəni irsin qorunması şöbəsinin nəzdində olan 18 qoruqdan birinə çevrilib. Məqbərə qülləvari dairəvi formadadir. Yuxarısında gümbəzi vardır. Məqbərəyə pilləkənlə qalxmaq olur.

http://www.main-board.eu/azerbaycan-tarixi-ve-cografiyasi/332693-nizami-gencevi-meqberesi.html

Son xəbərlər