Facebook Pixel Code
GoMap XƏRITƏ
Quba Soyqırımı Memorial Komleksi (Kütləvi məzarlıq, 1918-ci ildə ermənilər tərəfindən törədilmişdir)
Baxış sayı:
  • Ünvan:
    Nəriman Nərimanov, Quba, AZ4000
  • Telefon:
    (+994 2333) 5-37-07
Avtobus

2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən Quba kütləvi məzarlığı aşkarlanıb. 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb. Birinci quyunun dərinliyi 4,7 m, diametri isə 5 metrdir. İkinci quyunun isə dərinliyi 2, diametri 2,5 metrdir. Amma təəssüflər olsun ki, sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət qalmayıb. Məzarlığın şərq-qərb hissəsində aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan iki arx da keçirmiş. Antropoloqların rəyincə, quyulardakı sümüklərlə, arxlardakı sümüklər arasında fərqlər var. Yerli sakinləri ilə yanaşı, ekspertlər də təsdiqləyiblər ki, həqiqətən də, insanları əvvəlcə Quba rayonundakı Çuxur hamamda buxarda boğublar, sonra isə quyulara atıblar. Məhz erməni cinayətlərindən canlarını bu və ya digər formada xilas edə bilmiş şahidlər də bu faciənin olduğu anı təsdiqləyirlər. Bu məzarlıqda isə, qeyd etdiyimiz kimi, ikinci quyunun qazılması qətlə yetirilən insanların sayının çox olması ilə əlaqədər olmuşdur.

Belə bir ehtimal olunur ki, ermənilər quyunu, məhz yerli insanların özlərinə qazdırıblar, sonra isə onları da qətlə yetirərək, arxlara və müxtəlif su axarlarına atdıqlarını bildirib. Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə, əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Onu da bildirək ki, ermənilər bu insanlığa sığışmayan qətlləri həyata keçirən zaman bir dənə də olsun güllədən istifadə etməyiblər. Bunu sübut edən bir neçə faktın olduğunu və tapılmış olan kəllə sümüklərinə nəzər saldıqda, bu faktın təsdiqləndiyini bildirib. Məhz Quba məzarlığında aşkar olunmuş insan sümükləri əsasında aparılmış tədqiqatlar zamanı aşkara çıxmışdır ki, burada ermənilər tərəfindən - başın müxtəlif nayihələrindən balta ilə vurulmalar, bir və ya bir neçə zərbə vurmaqla başın bədəndən ayrılması zamanı xəncərlərdən istifadə, mismarlar vasitəsilə insanların başına, əsasən, gicgah hissələrindən zərbələrin endirilməsi və s. olub.

Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə S.Şaumyanın xüsusi tapşırığı əsasında, Hamazaspın rəhbəliyi ilə ermənilərdən təşkil olunmuş 2000 nəfərlik hərbi dəstə 10 gün ərzində Qubada kütləvi şəkildə 10 min nəfərdən artıq dinc əhalini qətlə yetirib. Bu faktı isə həm Hamazaspın özü, həm də o zaman FHK-nın üzvü olan Novıtski də yazışmalarında təsdiq ediblər. Tədqiqatlar zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azəbaycanlılarla yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər, tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək, kütləvi şəkildə basdırılıblar.

Məhz erməni məkrinin və qaniçənliyinin növbəti nümunəsi olan Quba məzarlığı bütün dünya ictimaiyyətini dəhşətə gətirib. Bu məzarlığı ziyarət edən yerli və xarici qonaqlar erməni vandalizminin və vəhşiliyinin bütün çalarlarını dildə deyil, faktiki olaraq, görmüş olurlar. Ona görə də, artıq bir ziyarətə çevrilən bu məzarlıq dünya ictimaiyyətində erməni vəhişiliyi barəsində tam dolğun bir təfsilat yaratmaqdadır.

http://www.anl.az/down/meqale/ses/2010/iyul/125927.htm

Son xəbərlər