Cənub bölgəsində, Cəlilabad rayonunda, Göytəpə şəhərində 1878-ci ildə inşa edilmiş rus kilsəsi hələ də qalmaqdadır. Turizm nazirliyi tərəfindən qorunan bu tarixi abidə öz görkəmini hələ də itirməyib. Dindar insanlar tərəfindən istifadə olunmadığı üçün Göytəpə şəhər mədəniyyət evi də elə bu kilsənin birinci mərtəbəsində yerləşdirilib. Bu işin bir yaxşı cəhəti odur ki, mədəniyyət işçiləri tərəfindən bu kilsə daim nəzarətdə olmaqla daim qorunur. Divarlarının qalınlığı 1 metrə yaxın olan kilsənin bir neçə kiçik otaqları da var. Alt mərtəbədəki kiçik otaqlardan birinin taxta döşəməsindəki kiçik qapını qaldırdıqdan sonra dar, ancaq hörülmüş yeraltı yol başlayır. Bu yeraltı yolla kilsənin keşişi yaxınlıqdakı evinə gedirmiş. Sonralar uzun müddət istifadə olunmadığı üçün yeraltı yol uçulub-tökülüb. Buna görə də bu yolu torpaqla doldurublar. Ancaq kilsənin özü lazımınca qorunur.
http://www.anl.az/down/meqale/adalet/adalet_aprel2009/74404.htm