Facebook Pixel Code
GoMap XƏRITƏ
Qədim alban kilsəsi
Baxış sayı:
  • Ünvan:
    Nizami, Bakı, Səbail, AZ1005
Avtobus

Maarifçi Müqəddəs Qriqoriy kilsəsi - Bakının mərkəzində, Fəvvarələr meydanı, Nizami küçəsi - 38-də yerləşən erməni kilsəsi hazırda prezident kitabxanasının fondu (arxivi) kimi fəaliyyət göstərir. “Qriqori Lusavoriç” erməni kilsəsi 1871-ci ildə inşa olunub. Həmin yer əvvəlcə Aleksandr Nevski rus pravoslav kilsəsinin tikintisi üçün təklif edilibmiş, amma ərazinin sahəsi az olduğundan pravoslav kilsə üçün kifayət etməyib. 1869-cu ildə Bakının hərbi qubernatoru Mixail Petroviç Kolyubakin torpaq sahəsini erməni kilsəsinin tikintisi üçün ayırıb. Binanın arxitektoru məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı quberniyasının və şəhərin arxitektoru K.Qippius olub. Lüteran pastorunun nəvəsi olan Qippius ilk dəfə Tallində müqəddəs Karl kilsəsini tikib. Bakıda erməni kilsəsi onun ikinci işi olub. 1873-cü ildə erməni kilsəsinin həyətində kilsə məktəbi və kitabxana da inşa edilib. Kilsə 2002-ci ildə Prezident Administrasiyasının tabeçiliyinə verilib və onun bazasında 2003-cü ildə administrasiyanın İşlər İdarəsinin kitabxanasının yaradılması barədə qərar çıxarılıb. 2011 –ci ildə kilsə təmir edilmişdir.

http://deyerler.org/print:page,1,92647-bakinin-merkezindeki-ermeni-kilsesinin-temirine-baslanilib.html

http://www.mediaforum.az/az/2006/04/21/BAKININ-YEVANGEL%C4%B0ST-L%C3%9CTERAN-%C4%B0CMASININ-S%C6%8FDR%C4%B0-ERM%C6%8FN%C4%B0-011215124c00.html

Son xəbərlər