Facebook Pixel Code
GoMap XƏRITƏ
Alman lüteran kilsəsi
Baxış sayı:
  • Ünvan:
    Həzi Aslanov, Şəmkir, AZ5700
Avtobus

XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Göygöl ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi.

Şəmkirdə yerləşən kilsənin 100 ildən çox yaşı var. Abidənin dam örtüyü yenilənib. Bunun üçün qırmızı keramitdən istifadə olunub. Bu kilsə XIX əsrdə Şəmkir şəhərində məskunlaşmış almanlar tərəfindən 1909-cu ildə inşa edilib. Sonradan almanlar Şəmkiri tərk etdiyindən kilsədən müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün istifadə olunub. Burada Azərbacyanda çox nadir rast gəlinən musiqi aləti orqan da var.

http://az.newsazerbaijan.ru/obsh/20080922/42496765.html

http://www.sia.az/view.php?lang=az&menu=83&id=2184

http://modern.az/articles/684/1/

Son xəbərlər