Alban kilsəsi (Oğuz) - Oğuz bölgəsinin Calut məntəqəsindəki birnefli kilsə daha kiçik ölçülərdə tikilmişdir. Lakin bu tikilidə artıq daha mükəmməl formalar müşahidə olunmaqdadır. Həmin formalar sonrakı tarixi dövrdə həm memarlıq görkəmində, həm də abidələrin plan baxımından həllində ənənəvi olmuşdur. Məbəd V-VI əsrlərə aid edilir.