Facebook Pixel Code
GoMap XƏRITƏ
Söyüdlü kəndində kilsə
Baxış sayı:
  • Ünvan:
    Gədəbəy, AZ2100
Avtobus

“Mahrasa” sözünün kökü olan “mah” farsca “ay” deməkdir, “rəsəd” isə göy cisimləri müşahidə olunan yerə deyilir. Ərəb dilində “rəssad” münəccim kimi tərcümə olunur. Ehtimal var ki, sözün kökü “mah” olduğu kimi qalmış, “rəssad” və yaxud “rəsəd” tələffüz zamanı qısaldılaraq “rasa” olmuşdur. Mahrasa məbədi Gədəbəydən 8-9 km cənuba doğru, meşəli dağların ətəyində, Şəmkir çayının sol sahilində yerləşir. Tutduğu ərazi təxminən bir hektara yaxın sahəni əhatə edir. Məbədin ətrafı daşdan hörülmüş hündür hasarla əhatə olunub. Mahrasanın əsas tikintisinin önlüyünü (fasadını) gözəl sütunlar və tağlar təşkil edir. Məbədin qabaq hissəsində və içində məharətlə yonulmuş daş üzlüklərdən istifadə olunmuşdur. Mahrasanın işəri divarlarında müxtəlif yazılar və naxışlar həkk edilmişdir. Binanın tağları arasında müxtəlif barelyef - adam fiqurları düzəldilmişdir. Bunlar çox ehtimal ki, sitayiş etdikləri allahların və ya görkəmli din xadimlərinin barelyefləridir. Mahrasanın qapıları və hasarı qədim Roma tikintilərinə bənzəyir. Görünür yunan əsirlərinin Albaniyaya gətirilməsi bu ölkənin memarlıq sənətinə də təsir etmiş, ona yeni bir forma gətirmişdir.

Mahrasanın arxa tərəfində tikilmiş kilsə qülləsi də istər memarlıq quruluşuna, istərsə də tarixi əhəmiyyətinə görə çox qiymətli abidədir. Qüllənin özülü – birinci mərtəbənin divarları müxtəlif rəngli daşlarla hörülmüşdür. İkinci mərtəbə - 8 sütundan ibarət olan qüllənin özü kərpiclə tikilmişdir. Sütunların üst hissəsi bir neçə üçbucaq şəkilli örtükdən ibarətdir. Çox ehtimal ki, qüllədə kilsə zəngi yerləşdirilmişdir. Mahrasanın otaqlarının birində yerli əhali arasında qara daş adı ilə tanınmış qurbangah yeri mövcuddur. Ehtimala görə Albaniyada xristian dini yaranmamışdan qabaq ay məbədləri fəaliyyət göstərdiyi dövrdə qurbangah kimi istifadə olunmuşdur. Azərbaycan tarixindən məlum olduğu kimi, alban feodalları öz hakimiyyətlərini möhkəmləndirmək üçün IV əsrin əvvələrində başda hökmdar Urnayr olmaqla xristian dinini qəbul etmişdir. Urnayr xristian dinini geniş yaymaq üçün hər yerdə kilsələr tikdirmişdir. Ay məbədləri yerləşən ərazilər də xristian din xadimlərinin ixtiyarına verilmişdir. Bundan sonra ay məbədlərinin tikililəri də xristian dininin qanunlarına uyğun şəklə salınmışdır. Mahrasa məbədindən 30-50 metr aralıda qədim günbəz yerləşir. Günbəzn içərisində bir-birinə bitişik 5 qəbir var. Rəvayətə görə onlar 5 igid qardaşın qəbirləridir. Guya onlar 7 qardaş imişlər, döyüşlərin birində qardaşların 5-i həlak olmuş, ikisi qalmışdır. Sağ qalmış qardaşlar ölənlərin beşini də bir günbəzdə dəfn etmişlər. Qəbirlərin üzərində qılınc, əsa şəkilləri və yazılar var. Mahrasanın təxminən 50 metrliyində böyük qəbiristanlıq yerləşir. Ümumiyyətlə, həmin ərazidə bir neçə yerdə iri qəbiristanlıqlar indiyə qədər dağıdılmamış qalmışdır. Mahrasanın yerləşdiyi yer ətrafdan hündür hasarla əhatə olunmuşdur. Hasarın giriş qapısı Şəmkir çayı tərəfdən, yonma daşlarla aypara şəklində düzəldilmişdir. Bu darvaza qapısının eni 2 metr, hündürlüyü isə 2 metrdən artıxdır. Mahrasa hasarının hündür və möhkəm özüllü hörülməsi onun müdafiə əhəmiyyətinə malik olması haqqında fikir yaradır. Çox ehtimal ki, düşmən həmlələrinin qarşısını almaq üçün məbədin ərazisində silahlı mühafizəçilər də saxlanılmışdır.

Telman Haqverdiyev Abidələr tarixin sirdaşıdır.

Son xəbərlər