Facebook Pixel Code
GoMap XƏRITƏ
Alman kilsəsi
Baxış sayı:
  • Ünvan:
    28 May, 41, Bakı, Nəsimi, AZ1010
  • Telefon:
    (+994 12) 493-75-37
Avtobus

Alman kilsəsi (Bakı) - Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və isveç əsilli insanlar gəlməyə başlamışlar. Bakıda yaşanan neft bumu ölkəyə xaricdən işçi qüvvəsinin gəlməsi ilə nəticələnir. O dövrdə Bakıda məskunlaşan alman və isveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da diqqət göstərir, odur ki, kilsənin istifadəyə verilməsi mərasimində Bakı qubernatoru ilə yanaşı, Emmanuel Nobelin də iştirak etməsi təsadüfi deyildir. 1900-cü ildə kilsədə orqan quraşdırılır və elə həmin il burada ilk konsert təşkil olunur. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq üzündən binanın tavanı demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü. Mebel və inventarların köhnəlməsi isə burada mərasimlərin təşkil olunmasını mümkünsüz etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinin aparılmasına başlanılmışdır. Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişlər. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuşdur. Məlumat verildi ki, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər. Burada 110 il əvvəl ilk dəfə orqanda ifa olunmuş musiqi - İohann Sebastian Baxın “D Minor Tokkotası”, habelə dünya musiqisinin incilərindən bir neçəsi Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılovanın orqanda ifasında səsləndi.

http://www.president.az/articles/1371/print

Son xəbərlər