Facebook Pixel Code
GoMap XƏRITƏ
CinemaPlus kinoteatrı (28 Mall)
Baxış sayı:
Avtobus
“28 Cinema” innovativ və müştəriyönümlü kinoteatrdır, yüksək ölçülü və 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı və əla keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır. Kinoteatra 6 kinozal, geniş çeşidli menuya malik “Blackberry Café&Bar” restoranı, müxtəlif növ popkorn və sərinləşdirici içkilər təqdim edən “Ekspress bar” daxildir. “Platinum Movie Suites” zalı isə sizdə bizim kinoteatrdan unudulmaz təəssüratlar saxlayacaq. Bu premium-zalın konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır. “28 Cinema” öz qonaqlarına onlara rahat şəkildə bilet əldə etmək imkanı yaradır: kinoteatrın www.28cinema.az rəsmi saytından, Bakı şəhərində yerləşdirilmiş 1000-dən çox “PayPoint” kiosklarından, İOS, Android, Blackberry və Windows 8 əməliyyat sistemləri vasitəsilə idarə olunan smartfonlar üçün təzəlikcə buraxılmış mobil əlavələrinköməyi ilə və ya şəxsən bilet kassalarında əldə etməklə. “28 Cinema” genişlənmək üzrə öz strateji planlarının uğurlarını nümayiş etdirəcək və bütün Azərbaycan üzrə 6 kinoteatr açmaqla, Qafqazda ən böyük kinoteatr şəbəkəsi olacaq. “28 Cinema” “CineGroup LLC” şirkətinə məxsusdur və onun idarəetməsində fəaliyyət göstərir.
Son xəbərlər