Facebook Pixel Code
GoMap XƏRITƏ
Təhməzovlar hamamı
Baxış sayı:
  • Ünvan:
    Hüseynqulu Sarabski, Bakı, Xəzər, AZ1090
Avtobus
Təhməzovlar HamamıTəhməzovlar hamamı təqribən XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid olan tarixi abidədir. Hamam məşhur memar suraxanılı Əlbəndə tərəfindən inşa edilmişdir. Abidə xüsusi yonulmuş daşlardan inşa edilmişdir. Daxili memarlıq üslubu, ornamentlər hamam inşa olunarkən gözlənilmişdir. Günbəz, yerə döşənmiş qızdırıcı sal daşlar, daxili tüstü borusu onun qədim hamam olduğunu sübut edir. Hamamın içində xüsusi kabinələri olmuşdur. Hamamın qarşısında onun xüsusi gülxanı (istilikxanası) olmuşdur. Hamamın içərisində xəzinəsi, mərkəzində çarhovuzu yerləşmişdir. Qaydaya əsasən hamamın xidmətlərindən həftənin bazar ertəsi və cümə axşamları günü qadınlar, digər günlərdə isə kişilər istifadə edirmiş. Çimməyə gələnlər yerə döşənmiş, qızdırılmış sal daşların üzərinə uzanır,dincəlirdilər. Bu, müxtəlif oynaq xəstəliklərinin qarşısının alınmasında əla vasitə olmuşdur. Hamamda suyun axması borular vasitəsilə deyil, novlar vasitəsilə həyata keçirilmişdir. Tarixi abidə sovet dövründə Hamam-Camaşırxana Trestinin balansında olub. Hamamın köməkçi hissələri sovet dövründə Hamam-Camaşırxana Tresti tərəfindən inşa edilmişdir. Hal-hazırda hamam fəaliyyət göstərmir. Təhməzovlar hamamı tarixi mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyin siyahısına salınmışdır.
Son xəbərlər