Binə kəndində yerləşən bu məscidin tarixi hicri-qəməri təqvimlə 1260-cı ilə (XIX əsr) aiddir. Sahəsi 9x4,5 metrdir. Məşədi Kazım məscidinin adı onu tikdirən Məşədi Kazımla bağlıdır. Məscid binası yonulmuş sal daşlardan tikilib.Məscidin yeni hissəsi də tikilib. Onun sahəsi 10x10 metrdir.