Facebook Pixel Code
GoMap XƏRITƏ
Səlim məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaqani, Bakı, Xəzər, AZ1045
  • Telefon:
    (+994 50) 306-93-61
Avtobus
Məscid Bakının Binə kəndinin mərkəzindədir. İnşa tarixi dəqiq məlum deyil. Belə ki, mövcud kitabələrdən birində h.q. təqvimi ilə 1299-cu il (XIX əsr), o birində isə 1333-cü il (XX əsr) göstərilib. İç sahəsi 14x15 metrdir. Binə kənd Hacı Səlim məscidi özünəməxsus memarlıq üslubunda tikilib. Belə ki, burada divarlar sütun rolunu oynayır. Günbəz də divarların üzərində dayanıb. Yerdən günbəzədək hündürlüyü 19 metrdir. Günbəzin diametri 14 metrdir. Onda 16 dairəvi pəncərə qoyulub. İbadət zalında da səkkiz tağşəkilli pəncərə var. Məscidin minbəri yeddipilləli olub, daşdan düzəldilmişdir. Minbərin üzərində hicri-qəməri tarixi ilə 1330-cu il (XX əsrin əvvəlləri) qeyd edilib. Minbərin ustası isə usta Sadiqdir. Mehrabı isə yonulmuş sal daşlardan işlənib və hündürlüyü 6 metrdir. Mehrabın yuxarı hissəsi isə stalaktitlərlə işlənib. Binə kənd Hacı Səlim məscidi iki mərtəbədən ibarətdir. İkinci mərtəbə qadınlar üçün nəzərdə tutulub və sahəsi 40 kv.metrdir. Birinci mərtəbədə də qadınlar üçün yer ayrılıb. Binə kənd Hacı Səlim məscidi Səlim Mövsümov tərəfindən tikilib və onun adını daşıyır.
Son xəbərlər