Facebook Pixel Code
GoMap XƏRITƏ
Aşağı Karvansaray
Baxış sayı:
  • Ünvan:
    Mirzə Fətəli Axundov, 179, Şəki, AZ5503
Avtobus

Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir. XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.

Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.

Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.

Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.

8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.

Cənub-şərq hissədə üç, həyət tərəfdə isə iki mərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və fəravət bəxş edir.

Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.

Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.

Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.

http://medeniyyet.sheki.az/news.php?cat.15

 

Son xəbərlər