Facebook Pixel Code
GoMap XƏRITƏ
Ulu körpü
Baxış sayı:
  • Ünvan:
    Qax, AZ3417
Avtobus

Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu Körpüdür. Körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınmışdır. Yerli əhalinin körpünü Ulu adlandırması onun bu tipdə inşa edilən körpülərin ən böyüyü olmasından xəbər verir. Ulu Körpünü təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Körpü Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində, çay daşından, əhəng məhlulundan və əsasən də bişmiş kərpicdən tikilmişdir. Körpünün tikintisində bütün kənd əhli iştirak etmişdir. Ulu Körpünün tikintisində inşaat materialları ilə yanaşı duru məhlul kimi yumurta sarısından da istifadə edilmişdir. Adları hələlik naməlum qalan mahir İlisu ustalarının inşa etdikləri körpüdən indi də istifadə olunur.

http://www.qax-ih.gov.az/az/21/58.html

Son xəbərlər