Facebook Pixel Code
GoMap XƏRITƏ
11 tağlı Xudafərin körpüsü
Baxış sayı:
  • Ünvan:
    Xudafərin, Cəbrayıl, AZ1400
Avtobus

Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzəcən qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Onlardan biri, on bir aşırımlı Xudafərin köpüsü çay axarının yuxarısında olub bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir.

Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Onbir aşırımlı Xudafərin köpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur. Bu körpünün də dayaqları təbii qayalar üstündə tikilmişdir. Körpünün bütun səthləri yaxşı yonulub cilalanmış iri daş bloklarla üzlənmişdir. Bu səbəbdən onbir aşırımlı körpü daha monumental görünür. Onun bəzi aşırımlarının yuxarı hissəsi tünd qırmızı çalarlı daşlardan hörülmüşdür. Onbir aşırımlı körpüdə oyma naxışlı dairəvari biçimli daş bəzək lövhəsi (xonçarozetka) də aşkar edilmişdir.

Böyük konstruktiv dayanıqlığı ilə yanaşı Xudafərin körpülərinin, özəlliklə Sınıq körpünün güclü bədii ifadəliyi var. Onlar öz ətrafında hər iki sahildə olan çoxlu mədəni dəyərləri — müxtəlif tipli memarlıq, tarix-arxeologiya, etnoqrafiya və təbiət abidələrini birləşdirir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir.

Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası əlaqələrdə deyil, qitələrarası ilişgilərdə də faydalı olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun, hər il cənubdan Aran və Qarabağ bölgələrinə gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur. Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, həm də ən məşhur körpülərindən sayılır.

 

Son xəbərlər