Facebook Pixel Code
GoMap XƏRITƏ
"Multani" karvansarayı
Baxış sayı:
  • Ünvan:
    Qüllə, 12, Bakı, Səbail, AZ1000
Avtobus

Multani karvansarası - hindlilərin yadigarıdır. İçərişəhər, Qız Qalasının yaxınlığında üzbəüz qoşa karvansaralardan biri - Multani tikilmə üslubuna görə qədim Bakı memarlığına xüsusi rəng qatır. Ənənəvi karvansara üslubundan fərqli formada tikilən və Suraxanı Atəşgahını xatırladan Multani elə vaxtilə Bakıya gəlmiş hindlilər tərəfindən inşa edilib. Abidəyə daxil olduqda isə, göz önündə tamamilə başqa bir aləm canlanır. Multani karvansarası XIV əsrdə hind tacirləri tərəfindən tikilib. Tiklinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan və tacirlərin satacaqları heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalınz tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada «Sim-sim» adlanan zalın eyni adlı qapısı da qeyri-adi təsir bağışlayır. Ona görə ki, qapı «Əlibaba və qırx quldur» filmindəki məşhur «Sim-sim» qapısını xatırladır.

 

Multani karvansarası öz qədimliyini demək olar ki, olduğu kimi qoruyub saxlayıb. Sadəcə, daşlar bir qədər ovulub tökülüb. Divarlarda qədim Azərbaycan xalçaları, bəzək əşyaları, xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır. Zallara bir az müasirlik gətirən stol-stullar, kreslo və divanlardır. «Sim-sim» zalının girişindəki kiçik dəhlizdə diqqəti çəkən mənzərə Pakistan prezidenti Pərviz Müşərrəfin karvansaraya bağışladığı hədiyyələrdir. Hədiyyələr saxlanılan dolabın üzərində «Pakistanın Multani şəhərindən mətbəx ləvazimatları» yazılıb. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir. Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra digər zala keçib pilləkənlə yuxarı - qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Həyətdə qonaq otaqları yerləşir. Multani karvansarası 10 otaqdan ibarətdir. Maraqlıdır ki, bəzi əşyaları çıxmaq şərti ilə otaqlar da öz qədimliyini olduğu kimi qoruyub saxlayıb. Multani karvansarası 70-ci illərdən «Restoran-karvansara kompleksi» adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Son xəbərlər