Facebook Pixel Code
GoMap XƏRITƏ
Qasımbəy məscidi
Baxış sayı:
  • Ünvan:
    Həzi Aslanov, Bakı, Yasamal, AZ1001
  • Telefon:
    (+994 55) 313-12-72 (Hüsen..Məmmədrza Sultan)
Avtobus

Qasımbəy cümə məscidi - Qasımbəy cümə məscidi Bakı şəhəri, Həzi Aslanov küçəsi 23-də yerləşib. İnşa tarixi 1892-1896-cı illərə aiddir. Ümumi sahəsi 330 kv.m, iç sahəsi 250 kv. metrdir. Qasımbəy imkanlı bir şəxs olub və öz hesabına həm Maştağada (o, əslən maştağalı olmuşdur), həm də Bakı şəhərində xeyli sayda hamamlar və bir neçə başqa abidələr tikdirmişdir. Qasım bəy bu məscidi öz vəsaiti hesabına inşa etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra məscid fəaliyyət göstərə bilməmiş və nəhayət, 1992-ci ildə onun fəaliyyəti bərpa olunmuşdur. Qasımbəy Cümə məscidinin tək minarəsi vardır və onun hündürlüyü 31 metrdir. Minarənin aşağı hissəsi düzbucaqlıdır və eni 2,5 metrdir. Minarənin bu hissəsinin hündürlüyü 6 metrdir. Ondan yuxarıda dairəvi kəmər və daha sonra onun dairəvi forması ucaldılmışdır. Minarə yonulmuş daşlarla tikilib, şərəfənin aşağı hissəsi üçqat stalaktitlərlə işlənib. Ondan aşağı hissədə isə ərəb əlifbası ilə Quran ayəsi yazılmışdır. Şərəfə dəmirdəndir. Məscidin əsas giriş qapısının sol tərəfindəki divarda 5 mehrab şəkilli pəncərə vardır. Pəncərələr taxtadan olub, hündürlükləri 3 metrdir. Qasımbəy Cümə məscidinin əsas ibadət zalının giriş qapısının üstündəki eyvan qadınlar üçün nəzərdə tutulub. Şöbəyə giriş üçün həyətdən pilləkən qoyulub. Qasımbəy Cümə məscidinin əsas ibadət zalı dörd böyük sütun üzərində dayanıb. Sütunların qalınlığı 1 metrdir. Sütunlar bütöv daşlardan olub, on iki nəhəng tağla əlaqələnib. Məscidin günbəzinin diametri 6 metrdir. Günbəzdə səkkiz düzbucaqlı pəncərə qoyulub. Günbəz və tağlar həndəsi və nəbati ornamentlərlə işlənib. Günbəzin tağlar qovuşan hissəsindən daş üzərində dairəvi formada ərəbcə "Kəlmeyi-şəhadət" həkk edilib. Həmin yazı yeddi dəfə təkrar olunur. Mehrab məscidin mərkəzi hissəsində yerləşib. Mehrabın üç tərəfində "Cümə" surəsi yazılıb. Qasımbəy Cümə məscidinin axundu Məhəmmədrza Soltan oğlu Hüseynzadə burada bir sıra təmir-bərpa işləri aparıb. 1992-ci ildən məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir. Qasımbəy Cümə məscidinin memarı Məşədi Mirzə Qafar İzmayılovdur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər